Bakının Səbail rayonunda bıçaqlanma olub.
Yenicag.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, insident Badamdar qəsəbəsi, 3-cü Massiv, Dostluq küçəsindəki evlərdən birində qeydə alınıb.
1986-cı il təvəllüdlü Əmrahov Əziz Fərman oğlu bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahi əməliyyat olunan Ə.Əmrahovun vəziyyətinin ağır olduğu bildirilir.
Yaxınlarının bildirdiyinə görə, 31 yaşlı Ə.Əmrahovu tanıdıqları bir şəxs bıçaqlayıb. Hələlik məlum olmayan səbəbdən onların yaşadığı evə soxulan həmin şəxs Əzizə xəsarətlər yetirib.
Hadisənin təfərrüatları Səbail polisi tərəfindən araşdırılır. Cinayətin şəxsi ədavətdən qaynaqlandığı ehtimal olunur.