Bakıda 34 yaşlı kişi bıçaqlanıb

bicaq25Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Tolstoy küçəsi- 53 ünvanının qarşısında qeyd alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. A. Quliyev bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda A. Quliyevi bıçaqlayan şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.