Bakıda 34 yaşlı piyadanı avtomobil vurdu

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Namazov Elnur Seymur oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır./Report