Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Badamdar qəsəbəsində yolu keçən 35 yaşlı Gülnar İsmayılovanı avtomobil vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.