Bakıda 38 yaşlı kişi binadan yıxılaraq öldü

Bakıda bədbəxt hadisə baş verib.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İbrahimov Ceyhun Allahverən oğlu rayon ərazisində yerləşən Ev Tikmə Kombinatı binasından yıxılıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.İbrahimov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.