!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 4-cü VEGAN BOOM-u baş tutdu - FOTO/VİDEO

!Reklam – Yazi

Dünya mətbəxində trend sayılan VEGAN BOOM-un artıq 4 ildir ki, Bakı ənənəsi də formalaşıb. Sağlam həyat tərzi layihəsinin ideya müəllifi və baş təşkilatçısı Boomerang Label şirkətinin dəstəyi ilə təşkil olunan Bakı VEGAN BOOM-ları hər dəfə bir-birindən fərqlənir. 

Yenicag.az xəbər verir ki, elə 4- cü VEGAN BOOM da vegeterian mətbəxini sevənlərə ayrı bir abu-havada təqdim olunub. İlk dəfə Bakı VEGAN-BOOM-u açıq havada əsl piknik şousuna çevrilib. 150 nəfərin iştirak etdiyi piknik şouda Ukraynadan dəvət olunmuş məşhur veqan aşpazı Konstantin Stolyarov“Zeytun bağları” yağlarından istifadə edərək,dadlı vegeterian yeməkləri bişirib, qonaqlara təqdim edib. İştirakçılar xüsusi hazırlanmış furşet masasında sağlam vegeterian təamlarının dadına baxaraq, zeytun yağının faydası haqqında məlumatlandırılıblar. Konstantin bildirib ki, vegan yeməklərinin ölkəmizdə istehsal edilən “Zeytun Bağları” yağları ilə hazırlanması təsadüfi deyil. Onun sözlərinə görə, yerli istehsal olan buyağlarqatqısız və sağlam qidalanan insanlar üçün uğurlu seçimdir. Ona görə də, ukraynalı aşpaz yeməklərini məhz bu yağlarla hazırlamağa üstünlük verir.

3 dəfə qidalanma ilə baş tutan Bakı VEGAN BOOM-unda bu günə qədər bəlli olmayan vegeterian yeməklərinin hazırlanma qaydaları da öyrədilib. Məşhur aşpaz Konstantin Stolyarov qonaqlara səhər yeməyindəkokos südündə,giləmeyvəli “çia” sıyığının, fındıqlı biskivitin hazırlanma qaydasını öyrədib. Konstantinin nahar üçün hazırladığı pomidor souslu düyü, mərci pətəsi, ədvalı noxud insanı gün ərzində tox tutmağa hesablanıb.

VEGAN BOOM-un ən təəccüblü və yadda qalan yeməyi isə vegan ət kababı olub. Şam yeməyində təqdim olunan vegan ət kababı və sorvetlər damaqlara xüsusi dad qatıb. Dondurma deserti isə əvəzolunmaz dad bəxş edib.

Yemək reseptləri ilə yanaşı qonaqlar, həm də peşəkar kouç biznes təlimçi – Elçin Əzimlinin maraqlı və faydalı “Həyat balansını necə qurmalı” seminarına qatılmaq imkanı qazanıb. Bu barədə iştirakçılara faydalı məlumat verən Elçin Əzimlinin “DAN ULDUZU” romanının təqdimatı və imza mərasimi də keçirilib. Qonaqlara kitab hədiyyə edilib.

4-cü VEGAN BOOM-un bu dəfə təşkil olunduğu məkan da fərqli idi. “Dreamland Golf Club”da baş tutan tədbirə iştirakçıların gediş-gəlişi də pulsuz təşkil olunmuşdu. 4-cü Bakı VEGAN BOOM-u xüsusi çalarlarla yadda qalıb./News24.az/

www.yenicag.az

1101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv