Bakıda 4 otaqlı ev kül oldu

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yenicag.az xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​