Bakıda 4 otaqlı ev yandı

Bakıda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən  Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.