Bakıda 4 otaqlı evdə yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində mebel 3 p.m, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb.

Bu barədə Yenicag.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;