Bakıda mənzildən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Yenicag.az DİN-in saytına istinadən xəbər verir ki, hadisə mayın 31-də Balaxanı qəsəbəsində baş verib.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzildən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Miroşkin tutulub.