Bakıda 49 yaşlı kişi bıçaqlanıb

скачанные файлыBakıda bıçaqlanma hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü , Rasim Nüsrət oğlu Dadaşov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. R. Dadaşov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.