Bakıda 5-ci sinif şagirdi itkin düşüb – FOTO

Bakıda 11 yaşlı məktəbli itkin düşüb

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Nəsirov küçəsi ev 1-də yaşayan, 11 yaşlı Ağamir Abbas oğlu Nəcəfi ötən gün günorta saatlarında yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Onun yaxınları bu barədə polisə məlumat verib.

Hazırda A. Nəcəfinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, A. Nəcəfi 5-ci sinif şagirdidir.

Yeniçağ.az