Bakıda 5 otaqlı evdə yanğın oldu

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin döşəməsi 0,5 m² sahədə, 2 ədəd qapı və pərdə qismən yanıb.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.