Bakıda 5 yaşlı uşağın mədəsindən 20 qəpik çıxdı – VİDEO

Bakıda Həsən Əlibəyli adlı 5 yaşlı uşaq 20 qəpik udub.

Yenicag.az “Xəzər xəbər”ə istinadla xəbər verir ki, qəpik 6 gün onun mədəsində qaldığından ağrılar baş verib və valideynləri həkimə müraciət etməli olublar.

Uşağı müayinə edən həkim İlqar Alışov onun mədəsində həqiqətən də 20 qəpik pulun olduğunun şahidi olub. Bundan sonra isə həkim və onun komandası uşağa narkoz verərək qəpiyin çıxarılmasına başlayıblar. Prosesə həkimlər ümumlikdə 5 dəqiqə vaxt sərf ediblər.

Hazırda uşağın vəziyyəti yaxşıdı.

Yenicag.az

COP29