Bakıda 50 yaşlı kişiyə 38 bıçaq zərbəsi vurdular

Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi yeni məhəllə M.Rəsulzadə küçəsi 5 ünvanında baş verib.

Yeniçağ.az-a daxil olan məlumata görə, adı çəkilən ünvanda 50 yaşlı Əliyev Nəbi Ağacan oğlu çox saylı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya gətirilib. Tibbi müayinə zamanı həkimlər Nəbi Əliyevin bədəninin müxtəlif nahiyyələrində 38 kəsici-deşici alətlə yetirilən xəsarət aşkarlayıblar. Yaralının həyatı həkimlər tərəfindən xilas edilib. Hadisə barədə Sabunçu rayon Polis İdarəsinə məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları aparılır.

Yeniçağ.az