Bakının Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində 50 yeni avtobus dayanacağı təşkil edilib.
Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, bu dayanacaqlardan 27-də pavilyon quraşdırılıb: “Məqsəd sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin sərnişindaşımada keyfiyyətin artırılmasıdır”.