Bakıda 51 yaşlı kişi öldürüldü

Bakıda qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.