Bakıda 57 yaşlı kişi itkin düşdü

Binəqədi rayon sakini itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 247, ev 9-da yaşayan, 1961-ci il təvəllüdlü Muradov Rövşən Ramiz oğlu dekabrın 5-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.