Bakıda 57 yaşlı qadını avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan dairəsi yaxınlığında avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Mirzəyeva Təranə Sabir qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.