Bakının Nizami rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə 8 km bazarı adlanan ərazinin yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən 59 yaşlı Bəşirova Bənövşə Lazım qızını minik avtomobili vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Həkimlər Bənövşə Bəşirovaya tibbi yardım göstəriblər. Onun həyatı üçün olan təhlükə aradan qaldırılıb. Hadisə yerinə gələn polis əməkdaşları ölçülər aparıblar. Müvafiq ekspertizalar təyin olunub.
Sürücünün ifadəsi alınıb. Faktla əlaqədar araşdırmalar aparılır.