Bakıda 6 otaqlı ev yandı

Bakıda yanğın qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli 6 otaqlı evin zirzəmisinin döşəməsi 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.