Bakıda 6 yaşlı uşağı maşın vurdu

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Qədirli Məhəmməd Əli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./Report/