Bakıda 60 yaşlı kişi dəm qazından boğuldu

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Binəqədi rayon Polis İdarəsindən Yenicag.Az-a  verilən məlumata görə, 7 mikrorayon ərazisində yaşayan, 1957-ci il təvəllüdlü Həbib Həsən oğlu Əliyev yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az