Bakıda 64 yaşlı kişi itkin düşdü

Bakıda yaşlı kişi itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 36-da yaşayan 1954-cü il təvəllüdlü Həsənov Eldar Qılmərdanoviç sentyabrın 18-də axşam saatlarında evdən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılır. /Trend/