Bakıda 7 avtomobili oğurlayaraq hissələrə bölüb satan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Bakıxanov qəsəbə sakini Emin Qurbanov Polis Bölməsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.