Reklam: High Technic
hightechnic

Bakıda 7 günlük Novruz Festivalı – FOTOLAR 

Paytaxtda martın 20-də başlayan Novruz Festivalı ayın 26-nə kimi davam edəcək.

Yeniçağ.Az xəbər verir ki, Novruz Festivalı Milli Turizm Təbliğat Bürosu təşkil edib. Festival cərçivəsində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 40-dan çox incəsənət kolletivinin və tanınmış müğənnilərin iştirakıyla konsert proqramı təqdim olunacaq.

Festivalda müxtəlif sahələr üzrə sənətkarların əl işləri sərgilənir və ziyarətçilərə milli mətbəx nümunələrindən dadmaq imklanı yaradılıb. Bundan başqa, pəhləvanlar, akrobatlar, sehrbazlar öz çıxışları ilə əlavə rəng qatıblar. Festivalın ən maraqlı proqramlarından biri də cins Qarabağ atlarının iştirakı ilə keçirilən yürüşlər olub.

Tədbiri təşkil edən “Milli Turizm Təbliğat Bürosu” mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Yeniçağ.Az-a açıqlamasında bildirib ki, martın 20-də start götürən Novruz Festivalı 26-da başa çatacaq:

“Festival tətil günlərində Bakı sakinlərinin və paytaxtın qonaqlarının istirahətlərini səmərəli keçirmələrinə ciddi töhfə verəcək”.

Qeyd edək ki, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 Fevral 2017-cı il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.

Gülnarə Eynullaqızı

Yeniçağ.az

Fotolar:Cəmalə Əlizadə

www.yenicag.az

234