Bakıda 7 otaqlı evdə yanğın

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli 7 otaqlı evin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 25 m² sahədə əriyib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.