Bakıda 71 yaşlı kişini avtomobil vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində yolu keçən 1951-ci il təvəllüdlü Xəlilov Xəlil Atakişi oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, xəstəxanada dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.