Bakıda 78 yaşlı kişi itkin düşdü

Bakıda yaşlı kişi itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Bakı şəhər sakini Babayeva Aynur Sadiq qızı məlumat verib.

Məlumata görə, onun atası, 1940-cı il təvəllüdlü Gülmalıyev Sadiq Baba oğlu iyulun 17-də Nəsimi rayonu, M.Sənani küçəsi, 1-də yaşadığı mənzildən çıxıb və naməlum istiqamətə gedib. S.Gülmalıyev qızı A.Babayeva ilə birlikdə yaşayırmış.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.