Bakıda 78 yaşlı kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olub və orada aşkarlanan 1941-ci il təvəllüdlü Həşimov Elman Qulam oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.