!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 8 il həbs - 40 qəpiyə görə

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin cinayət işi üzə məhkəmə iclası başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Bəndəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafede baş verib. E.Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə kafedə oturduqdan sonra mübahisə zamanı xuliqanlıq niyyəti ilə ona bir dəfə bıçaq zərbəsi vurub.

Daha sonra hadisə yerindən qaçan E.Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməyib. O, bir neçə dəfə istintaqdan yayınıb.

E.Bəndəliyev ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib. O bildirib ki, bıçaq tanışına təsadüfən dəyib: “Kafedən ondan pul istədim. Münasibətlərimiz çoz yaxşı idi. 40 qəpik pul götürdüm. Həmin vaxt bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı”.

Xatırladaq ki, E.Bəndəliyev məhkəmə başlayanda ev dustaqlığında idi. Prokuror vəsatət verərək təqsirləndirilən şəxsin məhkəmə iclaslarından yayınma ehtimalının ola biləcəyini deyərək, barəsində həbs qətimkan tədbirinin seçilməsini istəmişdi.

Hakimlər kollegiyası vəsatəti təmin edərək, E.Bəndəliyevin məhkəmə zalımda həbs edilməsi barədə qərar çıxarıb.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib. (Report)

www.yenicag.az

3708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv