!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 80 kiloqram narkotiklə tutuldular - 20 il həbs

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və qaçaqmalçılıqda ittiham olunan Qadir Baladadaşov və Səbuhi Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə küllüi miqdarda narkotik vasitə əldə etmə, satma və qaçaqlamçılıqda ititham olunan Qadir Baladadaşov 20 il, Səbuhi Həsənov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qadir Baladadaşov Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Binəqədi rayonunda yaşadığı evə baxış zamanı ümumi çəkisi 80 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 55 kiloqram heroin, 2 kiloqram 700 qram tiryək, 10 kiloqram marixuana, 13 kiloqram psixotrop maddə olan metamfetamin, 500 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri və 1 ədəd elektron tərəzi götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Qadir Baladadaşov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsinə köməklik edib. Daha sonra o, icarəyə götürdüyü avtomobillə narkotik vasitələri Masallı-Yardımlı yolunun kənarında gizlədilən yerdən götürərək Bakı şəhərinə gətirib. Qadir Baladadaşov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhərinin müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş. Bu işdə ona qohumu Səbuhi Həsənov da kömək edib.

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv