Bakıda 86 yaşlı kişini döyərək qətlə yetiriblər

Bakıda 86 yaşlı kişini döyərək qətlə yetiriblər.

Yenicag.az-ın məlumatına görə, hadisə Yasamal rayonu Zahid Xəlil küçəsi 53/7 ünvanında baş verib. Naməlum şəxs və ya şəxslər 86 yaşlı Nikolay Qabulxayevi döyərək ona çox saylı xəsarətlər yetiriblər. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədənin axtarışları aparılır.

Yenicag.az