Bakıda 9 000 manatlıq velosiped oğurlandı

Bakıda bahalı velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də İ.Qədimovun 9 000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əbilov saxlanılıb.