!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 9 yaşlı qıza qənim kəsilən şəxs saxlanıldı - FOTO

!Reklam – Yazi

Daxili işlər orqanlarınnın əməkdaşları tərəfindən şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, mart ayının son günlərində Bakı şəhər sakini olan 3 qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib. Dərhal idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin aprelin 1-də Nəsimi rayonu A.Mustafayev küçəsində 9 yaşlı bir qızın qarşısını kəsdiyi və onun qulağında dəyəri 300 manat olan qızıl sırğaları dartıb qaçaraq oğurladığı məlum olub. İ.Əzizov istintaqa verdiyi ifadəsində ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığını bildirib.

www.yenicag.az

2711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv