Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda 9700 manatlıq dələduzluq

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakinləri olan 6 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Qanbayev saxlanılıb.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini S.Rəcəbovun 9700 manat pulunu aldadaraq almaqda şübhəli bilinən paytaxt sakini Həmid Abdinov saxlanılıb. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar aparılır.

www.yenicag.az

3125
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100