ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
Bakıda “TAN” MMC-yə məxsus “Range Rover” markalı avtomobil səfirliyin “Mitsubishi Pajero” markalı maşınına çırpılıb.
Şirkət avtomobilinin naməlum sürücüsü qəzanı törətdikdən sonra hadisə yerini tərk edib. Səfirliyin avtomobilinə isə ciddi zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.(Report)