Bakıda açıq ərazidə güclü yanğın – VİDEO / YENİLƏNDİ

Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən bildiriblər ki, yanğın nəticəsində yol kənarında 800 kvadratmetr sahədə məişət tullantıları və istismara yararsız təkərlər yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

***

Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsində açıq ərazidə yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

FHN-nin verdiyi məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.