Bakıda adam bıçaqlamaqda şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb.
Yenicag.az xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.
2002-ci il təvəllüdlü Tahir Abbaszadə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İstintaq zamanı məlum olub ki, Tahir Abbaszadəni evlərinin qarşısında tanışı Malik Abdullayevlə birgə onunla mübahisə edən 2005-ci il təvəllüdlü Fuad Eminli bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlayıb, Fuad Eminli saxlanılıb.