Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda adına onlarla obyekt olan Montin kim olub?

6a83fcc107dc“Pyotr Montin də bizim xalqımıza qan udduran boleşviklərdən biri olub. Onu hər hansı yolla təbliğ etmək yolverilməzdir. Sovet dövründə hətta onun şərəfinə qəsəbə də saldılar. Deməli, bolevizmin təbliğində, azərbaycançılığa qarşı siyasətdə onun kifayət qədər əməyi olub ki, adı əbədiləşdirilib. Onun törətdiyi əməllər haqqında məlumat almaq üçün N.Nərimanovun yazılarını oxumaq bəs edər”. Məlumata görə, hətta Pyotr Montinin əsl soyadı Montyan olub. Bakıda Şirvanşahlar dövründən yaşayan ailəyə məxsus çaxır-likör fabrikantının ailəsində doğulan və həddindən ziyadə varlı yaşayan Pyotr Montyan tez-tez həbsxanalara düşüb. Bu səbəbdən də onun hərbi rütbəsinin olması şübhə doğurur. Montyanın erməni terrorçusu Tatevos Amirovla birlikdə varlı müsəlman ailələrini soymaqla məşğul olduğu barədə də məlumatlar mövcuddur. Deyilənə görə, onlar varlı müsəlman ailələrin övladlarını oğurlayaraq, əvəzində pul tələb edirmişlər.

Bolşevik qruplaşmasının üzvü olmuş P.Montyan öz yoldaşları tərəfindən öldürülüb. Onu Qəzənfər Musabəyovun dəstəyi ilə Lavrenti Beriya vurub. Maraqlıdır ki, Bakıda onun abidəsini də məhz Qəzənfər Musabəyov açıb. Həmin vaxt Qəzənfər Musabəyov Mərkəzi İcraiyyə Komitəsinin sədri olub.

Erməni olduğu ehtimal olunan Pyotr Montinin adına bu gün paytaxt Bakıda geniş otel, market və iki kafe fəaliyyət göstərir.

Araz VƏLİYEV,

tarixçi

www.yenicag.az

2533