!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ağac aşdı: avtomobilə ziyan dəydi

!Reklam – Yazi

Bakıda külək qurumuş ağacı aşırıb.

Yenicag.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.

Aşan qovaq ağacı yolun kənarında park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub. Sakinlərin sözlərinə görə, xoşbəxtlikdən həmin vaxt ərazidə adam olmayıb.

Yola aşan ağac hərəkəti bağlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, aşan ağacın ərazidən götürülməsi üçün tədbir görüləcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti küləyin daha da güclənəcəyi ilə bağlı xəbədarlıq edib.

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı proqnozlaşdırılır.

Bakıda külək qurumuş ağacı aşırıb. Hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.

Aşan qovaq ağacı yolun kənarında park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub. Sakinlərin sözlərinə görə, xoşbəxtlikdən həmin vaxt ərazidə adam olmayıb.

Yola aşan ağac hərəkəti bağlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Trend”ə bildirib ki, aşan ağacın ərazidən götürülməsi üçün tədbir görüləcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti küləyin daha da güclənəcəyi ilə bağlı xəbədarlıq edib.

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı proqnozlaşdırılır.

www.yenicag.az

9352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv