Bakıda ağac avtomobilin üzərinə aşdı – FOTO

Bakının Yasamal rayonunda ağac maşının üzərinə aşıb.

Yenicag.az xəbər verir ki, hadisə Yasamal rayonunda metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib.

Bakıda davam edən qeyri-sabit hava şəraiti üzündən yerdən qopan ağac maşının üstünə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb./trend/