!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ağac içində uşaq olan maşının üstünə aşdı

!Reklam – Yazi

Bakının Nəsimi rayonunda iri ağac qırılaraq 2 avtomobilin üzərinə düşüb.

Yenicag.az xəbər verir ki, “Hyundai” markalı avtomobil binanın qarşısında hərəkətsiz vəziyyətdə, digər “KİA” markalı avtomobil isə hərəkətdə olarkən ciddi ziyana məruz qalıb.

Hərəkətdə olan, şəhər sakini İradə İbrahimovaya məxsus avtomobildə azyaşlı da olub.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadasının əməkdaşları gəlsə də, xəsarət alan olmayıb.

Hazırda əraziyə Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları cəlb edilib. Kökündən çıxaraq yerə düşən ağac hissələrə doğranaraq ərazidən uzaqlaşdırılıb.

Qəzaya uğrayan avtomobil evakuator vasitəsilə müvəqqəti dayanacağa aparılıb./APA/

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv