!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ağacın dibi betondan təmizləndi

!Reklam – Yazi

Bakının Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat yerində araşdırılıb.

Yenicag.az xəbər verir ki, ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan “İNV” MTK tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib.

Oxu.Az xəbər verir ki, ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası icbari olan “məcburi göstəriş” verilib:

“Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər”.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv