Bakıda parkda ağacların kəsilməsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə videogörüntülər var.
Bildirilib ki, hadisə Suraxanı rayonu ərazisində yerləşən “Neftçilər” parkında qeydə alınıb.
Videogörüntülərdə bir neçə ağacın kəsildiyi əks olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov açıqlamasında deyib ki, “Neftçilər” parkında 7 ağac kəsilərək götürülüb:
“Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həyata keçirlib. Həmin ağaclar xəstə olduqları üçün tam qurumuş idi. Xəstəliyin digər ağaclara keçməməsinin qarşısının alınması üçün quru ağaclar oradan götürülüb. Parkda kəsilən ağacların yerinə isə 15 ədəd cavan ağac əkilib”.