Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, qəza Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 1992-ci il təvəllüdlü Əlizadə Zaur Əkbər oğlu kəllə-beyin travması və 1949-cu il təvəvllüdlü Vladimer Georgiyeviçə isə sağ dirsəyin qırılması diaqnozu qoyulub.