Bakıda ağır qəza baş verdi – Tıxac yarandı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb. Qəzada “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.

Yol hadisəsi Fətəli Xan Xoyski küçəsində tıxaca səbəb olub.

Hadisə yerinə DYP əməkaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./Report/