Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, Binəqədi rayonu, S.Axundov küçəsində Yevlax rayon sakini Rəşad Şıxıyev idarə etdiyi “BMW” markalı avtomobillə 1956-cı il təvəllüd Rahid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da orada ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaların pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.