Bakıda ağır qəza – Gənc həkimi maşın vurub öldürdü

Bakıda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, yanvarın 18-də Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Azxəbər-in məlumatına görə, mərhum iki ay öncə ailə həyatı qurub. O, həm də yaxınlıqdakı Mərkəzi Klinikanın rezidenti kimi kardiologiya şöbəsində çalışırmış. Hadisə də məhz gənc qızın işdən çıxıb evə getdiyi anda baş verib.