!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ağır qəza - Maşın alışdı - Ölən var/FOTO

!Reklam – Yazi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan “Hundai Elantra” markalı avtomobil (“99-RX-128” dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.

Qəza zamanı “Hundai”dan başqa daha iki maşına ziyan dəyib./Report/

www.yenicag.az

6339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv